Monday, March 1, 2010

SMDT “Seçki Məcəlləsinə əlavələr və dəyişiklikər edilməsi haqqında” qanun layihəsinэ dair Vətəndaş Forumlarını davam etdirir




Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasıi, habelə müvafiq seçki qanununun yerli ictimaiyyətin, Avropa Şurası Venesiya Komissiyası (AŞ/VK)və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) təklifləri əsasında təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
Bu məqsədlə “Azərbaycanda seçki islahatlarının təşkilinə yardım” proqramını həyata keçirərək, bu proqram çərçivəsində “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi hazırlayıb.

SMDT hazırda təqdim olunan qanun layihəsində 6 əsas istiqamət üzrə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilmsəini təklif edir; (1) Seçki anlayışlarının sadələşdirilməsi (2) Seçki komissiyaların tərkibinin formalaşdırılması, (3) Yerli müşahidəçilərin qeydiyyatı və hüquqları, (4) Seçkiqabağı təşviqat kampaniyası, (5) Seçki şikayətlərə baxılması qaydaları və (6) Milli Məclisə və Bələdiyyələrə keçirilən seçkilərlə bağlı bəzi qaydalar. Ümumilikdə 63 maddənin 117 bəndinə əlavə və dəyişiklik təklif edilir.

Fevralın 27-də Sabirabadda keçirilən Vətəndaş Forumunda “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb. SMDT-nin İcraçı direktoru Bəşir Süleymanlı layihənin istiqamətləri, təklif edilən dəyişiklər barədə iştirakçıları məlumatlandırıb.

AXCP üzvü Əfqan Ağayev seçki komissiyalarında səsvermənin 50+1 şəklində qəbul edilməsini məqbul hesab edib.

AXP-nin Sabirabad rayon şöbəsinin sədri Novruz Quluzadə namizədlərin qeydiyyatı üçün girovun tətbiq edilməsinin vacib amil olduğunu bildirib.

SMDT-nin könüllüsü Fətulla Fətullayev komissiya üzvlərinin tərkibini formalaşdırarkən partiyaların
üzvlərinin sayının əsas kimi götürülməsini təklif edib.

AXCP-nin Sabirabad rayon şöbəsinin sədri Səttar Şahlarov seçki kampaniyasının müddətinin əvvəlki kimi 120 günə qədər qaldırılmasını təklif edib. Həmçinin seçki pozuntularından verilən şikayətlərin müddətinin 7 günə qədər artırılmasının vacibliyindən danışıb.

Musavat Partiyasının Sabirabad şöbəsinin sədri Azər İsmayıl seçki komissiyaları tərəfindən şikayətlərə verilməli olan cavabların konkret müddətinin göstərilməsini bildirib. Həmçinin proporsional
seçki sisteminin yenidən tətbiq edilməsini uğurlu variant kimi göstərib.

VİP Sabirabad şöbəsinin sədri Ağatahir Kərimov protokolları seçki məntəqəsində 2 nəfərin, seçki dairəsində isə 3 nəfərin imzalamadığı təqdirdə MSK tərindən araşdırmanın aparılmasını təklif edib.

Qeyd edək ki, fevralın 27-də Cəlilabadda keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyəti tərıfindən qadağan edilib.

“Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsinə dair SMDT bütün təklif və rəyləri nəzərə almaqla 2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Milli Məclisinə son variantı təqdim edəcək.

Qeyd edək ki, SMDT bu proqramı Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirir.

Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) dövlət qeydiyyatı 14 may 2008-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri tərəfindən təsis edilib.

No comments:

Post a Comment